İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.12.2020  15:08 

“Erməni bölməsindən yardım istəsək də, kömək etmədilər”





A+  A-

Ermənistanın Üçmiədzin şəhərinin sakinləri hərbi hissənin qarşısına toplaşaraq ölkənin hərbi-siyasi rəhbərliyindən əsirləri geri qaytarmağı və itkin düşənləri tapmağı tələb edərək etiraz aksiyası keçirirlər.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hərbçilərin onlarla qohumu komandanlığı fəaliyyətsizlikdə ittiham edirlər.

Bildirilib ki, hələ oktyabr ayında Üçmiədzindən olan ehtiyatdakı bir qrup hərbçi həmin vaxt şiddətli döyüşlərin getdiyi Zəngilən bölgəsinə köçürülüb və onlar mühasirəyə düşüb. Qeyd olunub ki, həmin qrupdan yalnız 34 nəfər mühasirədən çıxa bilib.

Hərbi hissənin kapitanı Kamo Malxasyan etirazçıların qarşısına çıxaraq, müdafiə nazirindən göstərilən ərazidə sabahdan etibarən axtarışların başlayacağı barədə məlumat aldığını açıqlayıb.

Hərbçilərdən biri David Katanyan mühasirəyə alındıqları üçün komandanlığı günahlandırıb.

“Komandir yox idi, hara gedəcəyimizi söyləmədilər. Nəticədə biz mühasirəyə düşdük. Təpənin üstündə bir generalın komandanlığı altında erməni bölməsi var idi. Onlardan yardım istəsək də, kömək etmədilər”,- deyə Katanyan qeyd edib.

İtkin düşən hərbçilərin analarından biri Anahit Adoyan bir neçə gün əvvəl bir neçə vətəndaşla birlikdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüyünü bildirib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın hökumət və Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında da əsir və itkin düşmüş əsgərlərin yaxınlarının iştirakı ilə etiraz aksiyaları keçirilmişdi.

Xəbər 1668 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +