İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.11.2020  22:43 

Birdəfəlik plastik qabların istifadəsi qadağan oluna bilər





A+  A-

Gələn ildən Azərbaycanda 15 mikrona kimi polietilen torbaların, birdəfəlik plastik qabların istifadəsi qadağan oluna bilər. Bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanunda dəyişikliklər nəzərdə tutulub.
XəzərNews.az xəbər verir ki, bunu “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

O qeyd edib ki, 2019-cu ilin fevral ayında ölkə rəhbərinin sərəncamı ilə “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”ı imzalanıb. Həmin tədbirlər planında 15 mikrona qədər olan polietilen torbaların istehsalının və istehlakının qadağan olunması, 15-50 mikron arası torbaların ödənişli əsaslarla satışının həyata keçirilməsi, birdəfəlik plastik qablaşdırılmaların məhdudlaşdırılması, alternativ qablaşdırılma məhsullarının istifadəsinin genişləndirilməsi və digər istiqamətlər öz əksini tapıb.

“Hazırda 15 mikrona qədər olan və birdəfəlik plastik qablar- çəngəl, bıçaq, boşqab, stəkan və sair məhsulların istehsal və istehlakının, eyni zamanda ticarət və ictimai iaşə obyektlərində istehlakçıya satılması və verilməsinin qadağan olunması nəzərdə tutulur. Bu məhsullar təkrar emala yararlı deyil. 15 mikrona kimi olan plastik torbalar yüngül çəkili olduğu üçün ətraf mühiti daha çox çirkləndirir. Su, kanalizasiya borularına ilişib qalır. Torpaq qatında çürümür. Tərkibindəki mikrohissəciklər sonradan bitkilərin, kənd təsərrüfatı məhsullarının inkişafına ziyan verir. Plastik qablaşdırma materiallarının tərkibində olan zəhərli maddələr orada saxlanılan qida ilə qarışaraq insan sağlamlığına zərər vurur”.

S. Məmmədova əlavə edib ki, plastik tullantılar yüz illərlə çürümədiyinə görə ətraf mühit üçün təhlükə mənbəyinə çevrilir, həm heyvan, həm də bitkilər üçün zərərlidir.

Nazirlik rəsmisi bildirib ki, qadağalar heç kimi qorxutmasın, çünki müxtəlif çeşiddə, hər büdcəyə uyğun alternativlər mövcuddur:

“Polietilen torbalar əvəzinə kağız, parça torbalar, birdəfəlik istifadə qablarının əvəzinə isə kağız, metal, şüşə qablar istifadə edilə bilər. Gəlin həm özümüzün, həm təbiətin, həm gələcək nəsillərin qayğısına qalmağı unutmayaq”.

Xəbər 2084 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +