İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.10.2020  14:19 

Yol Polisi vətəndaşlara bildiriş etdi





A+  A-

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlar üçün bildiriş yayıb.
XəzərNews.az-a daxil olan məlumatda deyilir:

“Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il fərmanı ilə Respublikanın bütün ərazilərində 2020-ci il 28 sentyabr tarixi saat 00:00-dan hərbi vəziyyət elan edilmiş, həmçinin həmin fərmana əsasən, Respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq olunur.

Qeyd olunan dövr ərzində Ermənistan tərəfindən ölkədəki sabitliyi, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə terror və təxribatlar törədilməsi ehtimalı ilə bağlı dövlət təhlükəsizliyi orqanlarına məlumatlar daxil olub.

Bununla əlaqədar təşvişə düşmədən ayıq-sayıq olmanız, əhalinin sıx cəmləşdiyi ərazilərdə, ictimai nəqliyyatda, eyni zamanda rəhbərlik etdiyiniz idarə və təşkilatlarda, həmçinin mülkiyyətinizdə və istifadənizdə olan nəqliyyat vasitələrində və ətrafında şübhəli şəxslər, bağlamalar və şübhə doğuran hər hansı əşya müşahidə etdikdə dərhal “102” xidmətinə, eləcə də yaxınlıqdakı polis orqanlarına və əməkdaşlarına məlumat verməyiniz xahiş olunur”.



Xəbər 1598 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +