İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.09.2020  10:29 

Rusiya peyvəndinin ilk partiyası mülki dövriyyəyə buraxıldı





A+  A-

Rusiyanın Səhiyyə Nazirliyi Gamaleya İnstitutu tərəfindən istehsal olunan koronavirus peyvəndi “Sputnik V”nin ilk partiyasının mülki dövriyyəyə buraxıldığını elan edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb: “Rusiya Səhiyyə Nazirliyinin Gamaleya Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanmış “Qam-Covid-Vak” (“Sputnik V”) vaksininin ilk partiyası Rozdravnadzor laboratoriyalarında lazımi keyfiyyət testlərindən keçib və mülki dövriyyəyə buraxılıb”.

İlk peyvənd partiyalarının bölgələrə yaxın vaxtlarda çatdırılması planlaşdırılır.

Bundan əlavə, yaxın vaxtlarda Moskva poliklinikalarında “Sputnik V” peyvəndinin klinik sınaqlarının üçüncü mərhələsinin başlaması gözlənilir. Sınaqlarda 40 min könüllünün iştirak edəcəyi bildirilib. Onların bir hissəsinə həqiqi bir peyvənd, digər hissəsinə isə plasebo veriləcək. Paytaxt meriyasının məlumatına görə, peyvəndin qeydiyyatdan sonrakı sınaqlarında iştirak etmək üçün təxminən 25 min insan müraciət edib.



Xəbər 1450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +