İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.09.2020  16:23 

Həbsdə olan qardaşına narkotik gətirən şəxs SAXLANILDI





A+  A-

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə XəzərNews.az-a Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsinə əsasən təqsirli bilinərək 7 il 4 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Əhmədov Elşən Rəşid oğluna qardaşı Bakı şəhər sakini Əhmədov Emin Rəşid oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan ət sousunun içərisində xüsusi üsulla gizlədilən 3 ədəd sellofan bükülüdə ümumi şəkisi 2,706 qram olan heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ittihama görə, E.Əhmədov 8 nəfərə qarşı dələduzluq edib. O, ümumilikdə 1 milyon manata yaxın maddi zərər vurmaqda ittiham edilib. Ə.Əhmədov daha əvvəl də dələduzluq və quldurluq ittihamları ilə iki dəfə məhkumluq həyatı yaşayıb.

Xəbər 1464 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +