İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.08.2020  08:41 

Lukaşenko xalqa təcili müraciət hazırlayır - Yenilənib





A+  A-

Belarus Prezidenti Aleksandr Lukaşenko etirazların gedişində bütün saxlanılma faktlarını araşdırmağı tapşırıb.
XəzərNews.az “Sputnik Belarus”un teleqram kanalına istinadən xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının spikeri Natalya Koçanova "Belarus 1"in efirində bildirib.

Onun sözlərinə görə, dövlət başçısı “əmək kollektivlərinin fikrini eşidib” və bu istiqamətdə işlərin görülməsinə çağırıb. “Artıq bu gün axşam icazəsiz tədbirlərdə iştirak etməmək öhdəliyi ilə mindən artıq insan buraxılıb” - deyə parlamentin spikeri bildirib və əlavə edib ki, Belarusa “dava və müharibə” lazım deyil.

Qeyd edək ki, nümayişçilər avqustun 9-da, prezident seçkilərinin keçirildiyi vaxt, respublika şəhərlərinin küçələrinə çıxıb. Bazar günündən etibarən icazəsiz aksiyalar davam edir, lakin onlar güc strukturları tərəfindən sərt şəkildə yatırılır. Etirazçılara qarşı hüquq-mühafizə orqanları gözyaşardıcı qaz, su şırnağı, işıq qumbarası və rezin güllələrdən istifadə edirlər. Respublika DİN-in məlumatına görə, iğtişaşlar zamanı bir nəfər həlak olub.

***

Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa təcili müraciət hazırlayır.

Bu barədə “Kommersant FM” radiostansiyası dövlət başçısının mətbuat katibi Natalya Eysmonta istinadən tvitterdə yazıb.

Xəbər 2018 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +