İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.07.2020  19:46 

Anası tərəfindən atılan körpəni Komitə nəzarətə götürdü





A+  A-

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olmuş məlumata əsasən, Xəzər rayonu Binə qəsəbə sakini Əliyeva Sabirə Rəcəbəli qızı altı aylıq nəvəsi ilə birlikdə təcili yardımla Bakı şəhəri, A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib.
Komitədən XəzərNews.az-a daxil olan məlumata görə, 22 iyul 2020-ci il tarixində Komitənin səlahiyyətli nümayəndəsi A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasında olarkən özünü uşağın nənəsi kimi təqdim edən Sabirə Əliyeva ilə söhbət zamanı müəyyən olunub ki, azyaşlının valideynləri qanuni nikahda olmadan birgə yaşayıblar. Uşağın nənəsi tərəfindən ananın psixoloji problemlərdən əziyyət çəkdiyi və hazırda qızının harada olması barədə məlumatlı olmadığı bildirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Xəzər rayon İcra Hakimiyyəti ilə birgə uşağın yaşayış yerinə səfər edərək vəziyyətin uşağın mənafeyi baxımından qiymətləndirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirirlər. Hazırda həkim nəzarətində olan uşağın müvafiq müayinə və müalicələri davam etdirilir.

Məsələ Komitənin nəzarətindədir və araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinə və müvafiq yerli icra hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət göndərilib.

Qeyd edək ki, azyaşlının ruhi xəstə olan anası tərəfindən atılması xəbərini "Oxu.az" yayıb. Bildirilib ki, qadın "vergili olduğu üçün və uşağına toxuna bilmədiyinə görə" 5 aylıq körpəsini atıb. Azyaşlının qasıq yırtığı və qaraciyər problemi var.

Xəbər 1515 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +