İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.07.2020  23:18 

Füzuli və İlahi eşq





A+  A-


Sözü zərgər dəqiqliyi ilə işlədərək ona qeyri-adi naxışlar vuran, az sözlə olduqca böyük mənalar aşılayan Molla Məhəmməd Füzuli İlahi varlığa tapınmaqla insan qəlbində həqiqət çırağını yandırmağın mümkün olduğunu bütün yaradıcılığı boyu önə çəkir.

Şairin daxili etiqadına görə, insan qəlbi daim Allaha qovuşmaq üçün çırpınmalı, bu səbəbdən də hər bir fərd ruhunu paklaşdırmalı, onun (ruhunun) saxlanılan bədən qəfəsindən azad olunacağı günü, yəni ölüm şərbətini içəcəyi anı - Tanrısına qovuşma məqamını ruhun təntənəsi bilməlidir. Bu baxımdan şairin

Eşq sərgəştəsiyəm, seyli-sirik içrə yerim,
Bir hübabəm ki, həvadan doludur pirəhənim...


beyti olduqca tutarlı və düşündürücüdür. Böyük fəlsəfi mənaları kəsb edən bu iki misranı təhlil edərkən dünyanın qeyri-adi yaranışını, insanın fövqəl-mövcudluğunu, kainatın İlahi nizamla idarə olunduğunu idrak gözü ilə dərk edir, son nəticədə bütün varlıqların Ali Yaradıcıya – Allaha qovuşacağının təbii qanunauyğunluq olduğuna bir daha əminliklə inana bilirik.

Bu beytdə şair insanın ruh və cismdən təşəkkül tapdığını, cismin dəyişən, ruhun isə əbədi olduğunu bir daha təsdiq edir. Şairin dəqiq qənaətinə görə, cismi hərəkətə gətirən ruh Allahın insanda təcəllasıdır və bu təcəlla (ruh) daim tamlaşmağa –Allaha qovuşmağa can atır. “Eşq sərgəştəsiyəm” dedikdə, Füzuli fəzilətli insanın Eşqi (Allahı) yolunda dəli-divanə (sərgəştə) və bu divanəlikdən sel kimi axan göz yaşlarına (seyri-sirişk) mübtəla olduğunu həkimanə tərzdə dilə gətirir.
Hicran odunda qovrulan məşuqun (ruhun) gecə-gündüz axan göz yaşları selə (seyl) dönərək, onu öz qoynuna alır:

Bir hübabəm ki, həvadan doludur pirəhənim.

Bu misranın fəlsəfi mənasından doğan nəticəyə diqqət yetirək: yağış yağarkən suyun üzərində köpükcük (hübab) əmələ gəlir. Bu köpükcüyün köynəyi (pirəhən) nazik su qatından, yəni cismdən, daxili isə havadan – ruhdan ibarətdir. Köpükcük ani təsirdən – İlahi Eşq cazibəsindən partlayaraq içərisindəki hava (ruh) gəldiyi Nöqtəyə - Allaha qovuşur.

Füzuli bu beytdə dünyanın kvadrat deyil, dairəvi oilduğunu, bütün varlıqların daim hərəkət etdiyini, hər şeyin müəyyən dövriyyədən sonra ilkin formasına qayıdacağını və bütün bunların həqiqətən də Allah tərəfindən, məhz, bu sayaq yaradıldığını ustalıqla göstərə bilib. Filosof şair beytin sonuncu misrası ilə suyun iki – böyük və kiçik dövriyyəsinin təsdiqini verir. İnsanın qəbul etdiyi su kiçik dövriyyədə böyrəklərdən süzülərək axıb gedir, tər damcıları ilə havaya sovrulan su isə, böyük dövriyyədə buludlara qarışır, sonradan yağış formasında yerə tökülür və yenidən saf su kimi ondan istifadə olunur – dəqiq desək, dövr edir

Təkcə, bir beytin yığcam təhlilindən ortaya çıxan nəticəyə əsaslanıb deyə bilərik ki, ensiklopedik bilik sahibi olan M.Füzuli canlı və cansız yaradılışın hər zərrəciyində bir ilahi hikmət olduğunu qətiyyətlə təsdiqləyərək, sözə israfçılıq etmədən onu nəzmə çəkib bizlərə ehsan etmişdir. Az sözlə dərin məna buna deyərlər – yəni şairlik budur.

Vasif Hüseynov


Xəbər 4018 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +