İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.07.2020  13:48 

“Yoluxma sayının artması ilk dalğanın ikinci pik həddidir“ - ÜST





A+  A-

“Bir çox ölkələrdə koronavirusa yoluxma sayının artması hamının ehtiyat etdiyi ikinci dalğa deyil, əksinə ilk dalğanın ikinci pik həddidir”.
XəzərNews.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayn deyib.

ÜST rəsmisinin sözlərinə görə, ölkələr yoluxma hallarının artımında qeydə alınan pik dalğalanmalara hazır olmalıdır: “Dövlətlər xəstəliyin mümkün olduğu qədər daha güclü şəkildə qarşısını almağa çalışmalıdırıar. Əgər ikinci böyük dalğa olarsa ölkələr onun qarşısını almaq məsələsində ilk dalğadan lazımlı dərsləri öyrənmiş olmalıdırlar. Yoluxma halları ilə mübarizə aparmaq üçün vaxtında xəstə sayını aşkar edə bilmək və səhiyyə sistemini gücləndirmək əsasdır”.

COVID-19 peyvəndinin sürətli şəkildə istifadəyə veriləcəyinə böyük ümid bəsləməməyə çağıran M.Rayn vurğulayıb ki, indi kütləvi peyvəndləmə işlərinin nə zaman başlayacağını demək mümkün deyil: “İlin sonuna qədər bir peyvənd sınaqdan keçirilmiş ola bilər. Əsas məsələ isə peyvəndin kütləvi istehsalının nə qədər müddət alacağıdır. Ancaq bu gün üçün hər hansı peyvənd yoxlanışı aparıımayıb və ya virus üzərindəki hansısa təsiri araşdırılmayıb”.

Xatırladaq ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus isə qurumun Cenevrədə baş tutan mətbuat konfransında COVID-19 xəstələrinin müalicəsində təsirli olacaq dərmanlarla bağlı aparılan araşdırmaların ilk nəticələrinin iki həftə ərzində məlum olacağını bildirib.

Xəbər 1377 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +