İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.06.2020  21:57 

Jurnalistlərin 3-cü binası HAZIRDI - Mənzillər kimlərə veriləcək?





A+  A-

Bakının Bibiheybət qəsəbəsində tikilən 3-cü “Jurnalist binası” istifadəyə demək olar ki, hazırdı.
XəzərNews.az-ın Modern.az-a istinadən məlumatına görə, bu günlərdə bir neçə dəfə binaya baş çəkən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yeni rəhbərliyi aparılan yekun tamamlama işlərinə nəzarəti gücləndirib.

Hələlik 3-cü “Jurnalist binası”nın açılış mərasiminin nə vaxt olacağı məlum deyil.

Əməkdaşımız bununla bağlı KİVDF-dən hər hansı məlumat almağa çalışsa da, cavab verilməyib.

Sosial şəbəkələrdə isə mətbuat nümayəndələrinin bina ilə bağlı müzakirələri daha da qızışıb. Kimi mənzillərin verilməsi şərtlərinin dəyişdirilməli olduğunu düşünür, kimi isə bununla bağlı yeni təkliflər irəli sürür.

Görünən odur ki, yeni binadakı mənzillərə iddialıların sayı həddindən artıq çoxdur. Onların arasında gənclər də, orta nəsildən olanlar da, ahıl jurnalistlər də, mediada çalışan texniki işçilər də var.

Hamını düşündürən “mənzillər hansı şərtlərlə veriləcək”, “3-cü bina Milli Mətbuat günündə paylanacaqmı” kimi suallara isə hələ ki heç kim cavab verə bilmir.

Məlumata görə, KİVDF-inin lap yaxın günlərdə 3-cü bina ilə bağlı məsələyə aydınlıq gətirəcəyi gözlənilir.

Jurnalistlər üçün tikilən 3-ci binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir.

Xəbər 1598 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +