İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


31.03.2020  09:46 

Azərbaycandakı maska müəssisəsi nə vaxt açılacaq?





A+  A-

“Ölkədə maska qıtlığı məsələsi var. Ancaq bu o demək deyil ki, ölkədə maska yoxdur”.
XəzərNews.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-yə ölkədə maska istehsal edən zavodun nə zaman işə başlayacağı ilə bağlı suala cavab olaraq bildirib. İ. Məmmədov əvvəlcə qeyd edib ki, ölkədə maskalar ilk növbədə, həyati əhəmiyyətli obyektlərə, təhlükəsizliyimizi təmin edən həkimlərə, xəstələrə, polislərə, gömrük işçilərinə paylanılır:

“Üstəgəl, apteklərə də bəlli sayda verilir. Müəssisənin fəaliyyətinə gəlincə isə, bu istehsal prosesidir. Avadanlıq quraşdırılır. İstehsal prosesinin bir gün tez, bir gün gec olması mümkündür. Amma müəssisənin işə başlaması ən yaxın gələcəkdə mümkün olacaq. Burada maksimal gündəlik istehsal həcmi 200 min maskadır. Bundan əlavə, antiseptik gellər və spirtlər də müxtəlif qablaşdırmalarda istehsal olunacaq. Ancaq qeyd edim ki, bu istehsal prosesidir. Bunun gününü, saatını dəqiq demək çətindir. Mühəndislər başa düşürlər ki, bunu dəqiqliklə demək olmur”.

Xəbər 747 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +