İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.02.2020  14:23 

Ərdoğandan xəbərdarlıq: “İdlib hərəkatı artıq an məsələsidir”





A+  A-

“İdlibdə rejimin qüvvələrini geri çəkməsi üçün artıq son günlərdir. Biz sonuncu xəbərdarlığımızı edirik. İdlib hərəkatı artıq an məsələsidir”.
XəzərNews.az-ın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin partiya toplantısında İdlibdəki vəziyyətlə bağlı açıqlamasında bildirib.

“İdlibdə rejimin hücumlarına son verəcəyik. İdlibi rejimə və onu cəsarətləndirənlərə verməyəcəyik. Hər əməliyyatda olduğu kimi “bir gecə anidən gələ bilərik” deyirik. İdlib hərəkatı an məsələsidir. Nə bahasına olur-olsun, İdlibi həm Türkiyə, həm də bölgə xalqına görə təhlükəsiz bir əraziyə çevirməkdə haqlıyıq”, - deyə Ərdoğan sözlərinə əlavə edib.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 12-də AKP-nin partiya toplantısında çıxışı zamanı Türkiyə ordusunun İdlib vilayəti və Soçi anlaşması ilə müəyyən edilmiş deeskalasiya zonası ilə kifayətlənməyərək Bəşər Əsəd rejiminə bağlı qüvvələrə hər yerdə zərbə endirəcəyini qeyd etmişdi: “Bu gündən etibarən əsgərlərimizə zərər gəldiyi halda İdlib və Soçi anlaşması sərhədləri ilə kifayətlənməyib rejim qüvvələrini hər yerdə vuracağımızı buradan elan edirəm. Bu müddətdə müşahidə nöqtələrində Türkiyəni hədəf alan hər kəs bunun əvəzini yalnız hücum sahəsində deyil, hər yerdə ödəyəcəyini bilməlidir”.

Xəbər 1247 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +