İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.02.2020  20:26 

London məhkəməsi Zamirə Hacıyeva ilə bağlı qərar verdi





A+  A-

London məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın məhkəmə işini yekunlaşdırıb.
XəzərNews.az “BBC”yə istinadən xəbər verir ki, hər 3 hakim Hacıyevanın apellyasiya şikayətini təmin etməyib.

Zamirə Hacıyeva iki dəfə apellyasiya şikayəti versə də, onun əleyhinə qərar çıxarılıb və son instansiyada - Ali Məhkəmədə iddia qaldırmaq hüququndan məhrum edilib.

Xatırladaq ki, Zamirə Hacıyeva Londonun “Harrods” mağazasında 16 milyon funt sterliqn xərclədikdən sonra Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) diqqətini çəkmişdi. Vəzifəsindən sui-istifadə etdiyində görə 16 illik həbsə məhkum edilmiş Cahangir Hacıyevin xanımı Londonun Knightsbridge ərazisində mülklərə sahibdir. Ərinin dövlət işçisi kimi qazancı heç vaxt 70 min dolları keçməyən Hacıyevanın bu pulları haradan alması şübhə doğurub. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.

İndi isə Hacıyeva 7 gün ərzində müstəntiqlərə var-dövlətinin mənbəyi haqda izahat verməlidir. Əgər bunu izah edə bilməsə, NCA məhkəmədən həmin əmlakın müsadirə olunmasını, daha sonra isə satılmasını tələb edəcək. Əldə edilən gəlir Böyük Britaniyanın xəzinəsinə daxil ediləcək.

Əgər Hacıyeva qanuni maliyyə mənbəyi göstərərsə, NCA 60 gün ərzində onun bank hesablarını araşdıracaq. Yalnız bundan sonra müstəntiqlər işin bağlanması, yaxud əmlakın müsadirəsi haqda qərar verəcəklər.

Xəbər 1206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +