İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.01.2020  11:04 

“Keşlə” “ASK Arena”ya dönür





A+  A-

Peşəkar Futbol Liqasının nümayəndələri “ASK Arena”ya son baxış keçiriblər.
XəzərNews.az xəbər verir ki, onlar arenanın qış fasiləsindən sonra “Keşlə”nin oyunlarına ev sahibliyi etməsinə hazır olduğuna qərar veriblər.

Bunu PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov açıqlayıb. O, sosial şəbəkə hesabında bunları qeyd edib:

“Görülən əsaslı işlərdən sonra bu gün “ASK Arena”ya son baxış keçirdik. Stadionu “Keşlə” - “Qaradağ Lökbatan” oyunu zamanı yoxladıq. Qazonda, otaqlarda, ən əsası projektorlarda hər şey qaydasındadı. Kiçik çatışmazlıqlar var ki, bunlar da tez bir zamanda aradan qaldırılacaq məqamlardı. “Keşlə” qış fasiləsindən sonra ev oyunlarını məhz “ASK Arena”da keçirəcək. Bu münasibətlə “Səbail”i də təbrik edirəm”.

Qeyd edək ki, “Keşlə” mövsümün əvvəlindən ev oyunlarını məhz “Səbail”in stadionu kimi tanınan “ASCO Arena”da keçirirdi. Bunun səbəbi də 2019-cu ilin sentyabrından etibarən “ASK Arena”nın süni qazonunun yenisi ilə dəyişdirilməsiydi.

Xəbər 1130 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +