İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.12.2019  09:43 

Qışda niyə kökəlirik?





A+  A-

Qış aylarında kiçik bir çəki artımı orqanizmin soyumasına qarşı bioloji təsir göstərir. İnsan genetik olaraq soyuq havalarda çəki artımına meyillidir. Qışda günəş şüaları kifayət qədər az olduğuna görə bəzi insanlar mövsümi dəyişikliyi hiss edib depressiyaya düşürlər.
XəzərNews.az xəbər verir ki, qışda yaya nisbətən günün qısa, gecənin uzun olması ilə əlaqədar bədən kifayət qədər D vitamini almır, bu da immun sisteminin zəifləməsinə təsir göstərir. Bundan əlavə, havanın hərarəti endikcə bədənin soyuqla mübarizəsi üçün daha çox enerjiyə ehtiyacı olur, buna görə də qışda ilin digər dövrlərinə nisbətən çox qida qəbul edirik.

Fizioloji proseslərin mövsümi dəyişkənliyi gündəlik tezliyə bənzəyir, yəni bədənin vəziyyəti qışda və ya yayda gecə və gündüz kimidir. Yayla müqayisədə, qışda qan şəkərinin səviyyəsinin azalması, adenozintrifosfatın (ATP) miqdarının və xolestrolun artması, metabolizmin yavaşlaması çəki artımına səbəb olur.

Qışda qışda çəki artımının qarşısını almaq üçün isə, idman etmək, təmiz hava qəbul etmək lazımdır. İçərisində yağ yanma mexanizmini sürətləndirən və daha çox çəki verməyə kömək edən - yoğurt, qatıq, bərk pendir növləri kimi süd məhsullarının qida rasionuna daxil edilməsi tövsiyə olunur. Bundan başqa, əksəriyyət qışda su tələbatını unudur. Bir çox hallarda, insan sanki qida qəbul etmək istəyir, əslində bu, susuzluq olur və tez-tez aclıq hissi ilə qarışdırılır. Su metabolik proseslərdə iştirak edir və vücudumuzun ayrılmaz tərkib hissəsidir. Mütəxəssislər bildirir ki, gün ərzində 2 -2,5 litr su qəbul edənlər qışda çəki artımı problemi ilə üzləşməyəcəklər.

Xəbər 1433 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +