İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.12.2019  22:20 

“Seçkilərə qatılmayacağam, bütün iddialarım mətbuatla bağlıdır“ - Tanınmış jurnalist





A+  A-

“Jurnalist həmkarlarımın seçkilərə qatılmasını normal qarşılayıram”.
XəzərNews.az xəbər verir ki, bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.

Tanınmış media nümayəndəsi bildirib ki, parlament seçkilərinə qatılmaq hər bir vətəndaşın konstitusion hüququdur:

“Bu hüququ məhdudlaşdırmaq olmaz. Amma “xor”a qoşulanların sayının günbəgün artması məni əndişələndirir. Deputat olmaq eşqinə düşən elə jurnalist var ki, cümlədə “da” ilə “də”nin yerini müəyyənləşdirə bilmir. Ya da indiyə kimi bir dəfə dilinə düz söz gəlməyib. Bütün “yaradıcılığı” yaltaqlıqdan, ona-buna yarınmaqdan ibarətdir. Belə adamların deputat seçilməsi parlamentin nüfuzunu bir az da aşağı sala bilər. Seçicilərə parlamentdə mürgü vuran deputat lazım deyil.
Milli Məclisə “yağlı” iş yeri kimi baxan adamların heç birini qapıdan içəri buraxmaq olmaz. Heç fikirləşmisinizmi ki, Azərbaycanda niyə yerindən duran adamların hamısı deputat olmaq istəyir? Xeyli düşünüb-daşınandan sonra bu sualın cavabını tapdım. İndi deputatları görəndən sonra camaat fikirləşdi ki, parlamentdə oturmaq üçün savada, dünyagörüşə, yüksək ağıla, xüsusi intellektə ehtiyac yoxdur. Ona görə də ərindən boşanan arvadlar, atasına layiq oğul ola bilməyən kişilər müğənni olmağa can atdıqları kimi, heç vaxt yaralı barmağa məlhəm olmayan adamlar da deputat olmaq eşqinə düşüblər. Sosial şəbəkələr bizə həmin adamların savadı, dünyagörüşü barədə bilgi sahibi olmaq imkanı verir”.

S.Verdizadə deputatlıq niyyətinin olub-olmaması barədə də danışıb:

“Parlament seçkilərinə qatılmaq barədə düşünmürəm. Mən jurnalistəm, bütün iddialarım mətbuatla bağlıdır. Hazırda biz jurnalistlərin qarşısında dayanan əsas vəzifə mətbuatın nüfuzunu qaldırmaqdır”.

Xəbər 1098 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +