İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.12.2019  09:38 

Sağlamlıq və arıqlamaq üçün 6 qida məhsulu





A+  A-

Sən demə, bəzi super faydalı qida məhsulları eyni anda iki funksiyanı yerinə yetirir. Onlar təkcə zahiri görünüşə müsbət təsir etmir, həm də arıqlamağa kömək edir.
XəzərNews.az “MedikForum”a istinadən həmin qida məhsullarını təqdim edir:

Meyvələr. Siz həmişə rasionunuza alma və ya üzüm salxımı daxil edə bilərsiniz. Onlar aclıq spazmlarını aradan qaldıracaq. Qida lifləri ilə zəngin olan alma və üzüm hətta şirniyyat həvəskarları üçün də uyğundur. Qreyfrut da yaxşı seçimdir. Lif və vitaminlərlə zəngin məhsul aşağı kalorisi ilə seçilir.

Qoz. Əsas yeməklərin arasında aclıq hissi yarandıqda bir ovuc qoz yeyin. Badam arıqlamaq istəyənlər üçün ideal seçimdir. Onun tərkibində liflər, zülal və sağlam yağlar var. O, orqanizmdə toxluq hissini uzun müddət qoruyub saxlayır.

Bişmiş yumurta. İki ədəd qaynadılmış yumurta uzun müddət toxluq hissi yaradır və çox yeməyə imkan vermir. Bu, artıq çəki ilə mübarizədə ideal qidadır.

Yoqurt. Bu məhsul kalsium və zülalla zəngindir. Daha çox fayda almaq üçün yoqurta sellülozla zəngin meyvə və giləmeyvələr əlavə edin. O, sizi doyduracaq və aclıq spazmlarının öhtəsindən gələcək. Yoqurtun kalorisi az olduğundan artıq çəki almayacaqsınız.

Popkorn. Onu hazırlayarkən içinə şit yağı və ya duz əlavə etməsəniz, o zaman bu məhsul artıq çəki ilə mübarizədə ideal ara yeməkdir.

Az yağlı pendir. Pendirin qida dəyərinin yüksək olması onun tərkibində olan az miqdarda yağdan asılıdır. Bu pendirin tərkibində çoxlu zülal, kalsium, vitamin və minerallar var. Bu, yaxşı görünmək və artıq çəki almaq istəməyənlər üçün əla seçimdir.

Xəbər 1298 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +