İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.12.2019  14:54 

Qorbaçovun o reklama çəkilməyinin səbəbi məlum oldu - VİDEO





A+  A-

SSRİ-nin yeganə prezidenti Mixail Qorbaçovun 1990-cı illərdə ABŞ-ın “Pizza Hut” restoranlar şəbəkəsinin reklamında rol almağının səbəbi məlum olub.
XəzərNews.az xəbər verir ki, “The foreign Policy” nəşrinin müxbiri Pol Masqreyv bildirib ki, Qorbaçovun reklamda iştirak etməsinin səbəblərindən biri pula ehtiyacı idi. Keçmiş sovet rəhbərinə böyük bir pensiya təyin olunmuşdu, lakin 1994-cü il hiperinflyasiya onu ayda iki dollara endirdi. Bundan əlavə, Qorbaçov Fondu Rusiyanın o vaxtkı Prezidenti olmuş Boris Yeltsinə qarşı idi.

O zamanlar isə “Pizza Hut” xüsusən də Rusiya bazarında genişlənirdi. Digər pizza restoranları ilə yüksək rəqabət reklam kampaniyasını böyük məbləğdə pul xərcləməyə məcbur edib. Qorbaçov iki şərtlə çəkilməyə razı olub: videonun son ssenarisini şəxsən özü təsdiqləyəcək və kadrda pizza yeməyəcək. O, bunu keçmiş dövlət başçısı olmağı ilə əsaslandırıb. Nəticədə, nəvəsi Anastasiya Qorbaçovla bir reklam çarxında rol alıb.

Qorbaçovun reklamdakı roluna görə aldığı qonorar barədə rəsmi məlumat yoxdur. Ancaq nəşrin hesablamalarına görə, siyasətçi 2019-cu ilin qiymətləri ilə müqayisədə təxminən bir milyon dollar əldə edib.

Qeyd edək ki, Mixail Qorbaçovun rol aldığı reklam 1997-ci ildə çəkilib. Videoda müştərilər keçmiş Sovet Prezidentinin siyasətinin nəticələri barədə mübahisə edir, fəaliyyətinə ziddiyyətli qiymətlər bildirirlər. Sonda artıq Qorbaçovun sayəsində pizza yeyə bildikləri ilə razılaşırlar.



Xəbər 1769 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +