İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.10.2019  13:24 

Rövzət Qasımov MSK-da parlamenti təmsil edəcək





A+  A-

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında səsvermə əsasında Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib.
XəzərNews.az Azadinform-a istinadən xəbər verir ki, Rövzət Qasımov MSK-da parlamenti təmsil edəcək. O, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil edəcək.

Qeyd edək ki, səsvermədə 98 nəfər lehinə səs verib, 1 nəfər isə iştirak etməyib.

Xatırladaq ki, 1978-ci ildə Culfa rayonunun Xanağa kəndində anadan olan Rövzət Qasımov Azərbaycan Dillər Universiteti və Prezident yanında Dövlət İdarəçiliyi Akademiyasının məzunudur. İngilis və rus dillərində bilir.

1998-ci ildən MSK-da çalışan Rövzət Qasımov Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2011-ci ildən isə MSK Katibliyinin müdiri işləyib.

Çoxsaylı beynəlxalq konfranslarda, eləcə də nüfuzlu beynəlxalq təşkilatların müxtəlif ölkələrdə keçirilən seçkiləri qiymətləndirmə və müşahidə missiyalarında ölkəmizi təmsil edib. Beynəlxalq seçki eksperti və təlimçisidir.

Ailəlidir, 3 övladı var.

Xəbər 1006 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +