İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.08.2019  14:29 

Azərbaycanın 7 rayonunda yanğın olub





A+  A-

Son günlər bölgələrdə mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınların qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülkü müdafiə qoşunlarının və regional mərkəzlərin müvafiq canlı qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, həyata keçirilmiş operativ tədbirlər nəticəsində Lənkəran, Quba, Yardımlı və digər rayonların dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb, Oğuz, Qəbələ, Ağsu, İsmayıllı rayonlarında baş vermiş yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə, FHN-in 900-dən artıq canlı qüvvəsi, 70-ə yaxın texnikası, 3 ədəd helekopteri və 1 ədəd “BE 200 ÇS” tipli amfibiya təyyarəsi iştirak edib.

Xəbər 2321 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +