İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.08.2019  13:10 

“Qəbələ” 4 min manat cərimələndi





A+  A-

Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.
XəzərNews.az xəbər verir ki, iclasda Premyer Liqanın 1-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olundu:

Azərbaycan Premyer Liqasının I turunun “Keşlə” – “Qarabağ” matçının 74-cü dəqiqəsində “Keşlə” klubunun 14 №-li futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).

“Qarabağ” klubunun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunur (maddə 49.6).

Azərbaycan Premyer Liqasının I turunun “Qəbələ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

Oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun 11 №-li futbolçusu Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47).

Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun azarkeşinin tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur (maddə 41.6).

Oyun “Sumqayıt” klubunun günahı ucbatından 9 dəqiqə gec başlandığı üçün klub 800 manat cərimə olunur (maddə 69.5).

Azərbaycan Premyer Liqasının I turunun “Neftçi” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 39).

Xəbər 808 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +