İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.07.2019  12:01 

Bu dəfə Anar Bağırovla Elçin Sadıqov üz-üzə gəldi





A+  A-

Feysbukda mərhum həmkarı haqda status yazan vəkil Elçin Sadıqov barəsində Vəkillər Kollegiyası intizam icraatına başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bir neçə gün öncə vəkil Sərdar Qasımov vəfat edib. E.Sadıqov isə sözügedən xəbəri paylaşaraq Sərdar Qasımovun əvvəlcə onunla bağlı müsbət fikirdə olduğunu, daha sonra mənfi rəy verdiyini qeyd edib.

Dünən isə E.Sadıqov VK-ya çağırılaraq S.Qasımovun həyat yoldaşı Kəmalə Qasımovanın ondan şikayətçi olduğunu bildiriblər və bu şikayət əsasında vəkil Sadıqov barəsində yenidən intizam icraatı başlanılıb. Elçin Sadıqov isə ilk izahatında həmin statusda S.Qasımova qarşı heç bir nüfuzdan salan ifadə işlətmədiyini, bu şikayətə isə VK-nın yox, məhkəmənin baxmalı olduğunu bildirib.

Daha sonra məsələyə VK Rəyasət Heyətinin sədri Anar Bağırov reaksiya verərək “yalan bəyanatda insanları qanunsuz və cinayət tərkibi yaradan tapşırıq verməkdə ittiham etmək nə vaxtdan tənqid sayılır?!” deyə qeyd edib.

A.Bağırov mətbuata açıqlamasında isə “Elçin Sadıqov bütün kollegiyanı təhqir edib, kollegiyanın orqanlarını qanunsuz işlərdə ittiham edir, böhtan atır” ifadələrini işlədib.

E.Sadıqov isə “Böhtan və təhqir Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən cinayət hesab olunur. Ona görə də hörmətli Anar Bağırov öz xidməti vəzifəsini icrası ilə bağlı mənim şərəfimə, ləyaqətimə və işgüzar nüfuzuma xələl gətirən ifadələr işlədib. Halbuki, barəmdə heç bir məhkəmə hökmü yoxdur. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edəcəyəm. Görək, ədalət hörmətli Anar Bağırovun barəsində də işləyəcəkmi?”

Xəbər 1170 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +