İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.06.2019  12:54 

Fuad Abbasovun vəkili danşdı: “Apellyasiyadan sonra bəlli olacaq ki...“





A+  A-

"Fuad Abbasovun səhhəti normaldır. Onunla tez-tez görüşürəm. Hər şey qaydasındadır. Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları da Fuad Abbbasovla görüşüb səhhəti ilə maraqlanır".
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Rusiyada saxlanılan azərbaycanlı jurnalist və bloger Fuad Abbasovun hüquqlarını müdafiə edən vəkil Elman Paşayev deyib.

Müvəkkili ilə mütəmadi görüşdüyünü deyən hüquq müdafiəçisi daha bir neçə gün səbrli olmağı məsləhət görüb:

"İyunun 6-da Fuad Abbasovun apellyasiya şikayətinə baxılacaq. Apellyasiyadan sonra bəlli olacaq ki, Fuad Abbasov Azərbaycana ekstradisiya oluna bilər, yoxsa yox”.

Qeyd edək ki, Rusiyanın Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verilib.

Fuad Abbasov bu il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində tutulur.

Xəbər 1086 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +