İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.04.2019  18:43 

Arif Paşayev “ALMAZ” nişanı ilə təltif olundu





A+  A-

Aprelin 26-da Moskva şəhərində Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) 2018-ci ildəki fəaliyyətinə dair ümumi yığıncaq keçirilib.
XəzərNews.az xəbər verir ki, Beynəlxalq Mühəndislik Akademiyasının Prezidenti akademik Boris Qusev 15 ölkədən BMA-nın üzvü olan 266 alimin iştirak etdiyi yığıncaqda hesabat məruzəsi ilə çıxış edib.

Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, akademik Əhəd Canəhmədov Ümumi Yığıncağın iştirakçılarının yekdil qərarı ilə Mandat Komissiyasının sədri seçilib. Akademik Əhəd Canəhmədov AMA-nın 2018-ci ildəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Yığıncaq ərəfəsində Moskvada nəşr olunan “Инженерная Газета”nın aprel nömrəsində Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Arif Paşayevin “Vəzifələri kosmik yüksəkliyə qaldırarkən” (“Поднимая задачи до космических высот”) sərlövhəli geniş məqaləsi dərc olunub.

Qəzetin həmin nömrəsi yığıncaq iştirakçılarına paylanılıb. Müəllif məqalədə ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi çərçivəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi, həmçinin sənayenin və aqrar sahələrin dirçəldilməsi istiqamətində və digər transregional layihələrin icrası məsələlərindən ətraflı bəhs edib. Akademik Arif Paşayevin məqaləsi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Ümumi Yığıncaqda BMA-nın Prezidentlər Şurasının İdarə Heyətinin qərarı ilə akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının “ALMAZ” nişanı ilə təltif olunduğu elan edilib. Bildirilib ki, görkəmli alim bu mükafata elm və təhsildəki uğurlarına, mühəndislik elminin, Azərbaycan Mühəndislik Akademiyasının inkişafındakı, materialların dağılmadan nəzarət metodunun sənayedə tətbiqindəki, böyük beynəlxalq layihələrin işlənilməsi və həyata keçirilməsindəki xüsusi xidmətlərinə görə layiq görülüb.

Yığıncaqda, həmçinin Azərbaycandan BMA-ya 1 həqiqi və 2 müxbir üzv də seçilib.

Xəbər 924 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +