İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.04.2019  14:56 

İmamoğlu CHP-dən ayrılacaq? – Açıqlama





A+  A-

Türkiyədə martın 31-də bələdiyyə seçkiləri keçirildi. Seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ümumi üstünlük qazansa da, əsas böyük şəhərlərdə Cümhuriyyət Xalq Partiyası (CHP) qələbəyə imza atdı. Səslər sayıldıqdan sonra CHP-nin namizdədi Əkrəm İmamoğlu İstanbulda 29 min səs qazanaraq AKP-nin namizədi Binəli Yıldırımdan 29 min səslə öndə olsa da hakim partiya buna etiraz etdi.
Səslərin yenidən sayılmasından sonra Əkrəm İmamoğlu səs çoxluğu ilə İstanbul bələdiyyə sədri seçildi. İmamoğlunun bələdiyyə sədri seçilməsindən sonra verdiyi açıqlamalar çaşqınlığa səbəb oldu. Onun “İmkan olarsa, Ərdoğanla qucaqlaşarıq” sözləri bəzi sualların ortaya çıxmasına səbəb oldu. İddialara görə İmamoğlu CHP sıralarından ayrıla bilər. Bəs görəsən bu iddialar nə qədər doğrudur?

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan İzmirdən seçilən CHP-li deputat Atila Sertel deyib ki, Əkrəm İmamoğlu siyasətə CHP-də addım atıb.

“Beş il CHP-nin Bəylikdüzü rayon başqanı sədri olub. Daha sonra həmin rayonda Ədalət və İnkişaf Partiyasına qalib gələrək Bəylikdüzü bələdiyyə sədri olub. 2014-2019 illər arasında Bəylikdüzündəki xidmətləri, bələdiyyə sədrliyində müsbət addımları onu İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə gətirib çıxardı. Partiyamızın sədri Kamal Kılıçdaroğlu bu gənc insana güvənib, o da CHP təşkilatı ilə birlikdə medianın əngəlləmələrinə rəğmən xalqımızla bütünləşmiş və seçkini qazanıb. Partiya olmazsa, namizədlərin əsasnaməsi oxunmaz, ancaq namizədin cəmiyyət tərəfindən mənimsənilməsi də önəmlidir. Namizədimiz Əkrəm İmamoğlu uğurlu bir insandır.

A.Sertel deyib ki, Əkrəm İmamoğlunun CHP-dən ayrılacağını demək pis bir iftiradır.

“Bu iddianı irəli sürənlər ya Əkrəm bəyi tanımırlar, ya da pisniyyətli, pis insanlardır”.

Xəbər 931 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +