İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.04.2019  13:41 

Qaz və işıq limiti ləğv oluna bilər - İşçi Qrupu məsələyə baxacaq





A+  A-

Energetika naziri Pərviz Şahbazovun müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.
Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib.

Maraqlıdır, İşçi Qrup son vaxtlar əhalinin qaz və işıq limitlərilə bağlı narazılığına baxacaqmı?

XəzərNews.az-ın məlumatına görə, Energetika nazirinin müşaviri - mətbuat katibi Zəminə Əliyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, İşçi Qrup daxil olan müraciətlərin nədən ibarət olmasını araşdırma üçün yaradılıb:

“Aprelin 18-də yaradılan İşçi Qrup tərəfindən təhlillər aparılacaq, şikayətlərin daha çox nədən ibarət olması müəyyənləşəcək”.

Z.Əliyeva “qaz və işıq limitlərilə bağlı şikayətlər araşdırıldıqdan sonra, məsələyə baxılacaqmı” sualına cavab olaraq “bu sadəcə vətəndaşları narahat edən məsələlərin həllini tapması üçündür”, - deyə bildirib.

Nazir müşaviri həmçinin qeyd edib ki, təhlil nəticələri yaxın günlərdə ətraflı şəkildə ictimaiyyətə açıqlanacaq.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev deyib ki, İşçi Qrupun yaradılması yeni məsələ deyil:

“İşçi Qrup hər zaman fəaliyyət göstərib. Yəni İşçi Qrup sırf qaz və işıq limitləri məsələsinə baxılması üçün yaradılmayıb. Burada vətəndaşlardan daxil olan şikayətlərin yerində araşdırılması və operativ cavablandırılması əsas meyardır”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də öz növbəsində İşçi Qrupun şikayətlərin araşdırılması və yerində baxılması üçün yaradıldığını qeyd edib.

Xəbər 1583 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +