İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.03.2019  12:57 

“Diqlas”dakı zərəçəkənlərə prezidentin ehtiyat fondundan pul ayrılıb





A+  A-

İqtisadiyyat naziri Şahin Mustafayev bu gün sahibkarlarla görüşündən sonra onlara veriləcək yardım haqda ətraflı açıqlama verib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Ş.Mustafayev bildirib ki, baş vermiş hadisə ilə bağlı cənab prezident İlham Əliyev dünən müşavirə keçirib və tapşırıqlarını verib. Prezident bir daha öz humanist mövqeyini nümayiş etdirirək bildirib ki, vətəndaşın, sahibkarın yanındadır.

Baxmayaq ki, dünya praktikasında dövlət belə hadisələr zamanı heç bir öhdəlik daşımır.

Azərbaycan prezidenti bəyan etdi ki, dövlət sahibkarlara dəyən ziyanın ödənilməsi üçün addımlar atacaq. Prezidentin tapşırığı ilə yaradılan İşçi Qrup artıq fəaliyyətə başlayıb. Dünən biz böyük həcmli təşkilati işlər gördük. Bu gün sahibkarlarla görüşün anket xarakterli suallar verib araşdırma aparırıq.

Sahibkarlara ilkin maddi yardım veriləcək, güzəştli uzunmüddətli kreditlər təklif olunacaq. Bu kreditləri banklar 4 faiz, Sahibkarlığa Kömək Milli Fondu 1 faiz, ümumi 5 faizlə verir. Lakin bu hadisədə zərər çəkən sahibkarlar üçün biz 1 faiz faizdən imtina edirik. Bu da ölkə başçısının niyyətidir. Eyni zamanda, dünən və bu gün şəhərdə yerləşən müxtəlif ticarət mərkəzləri ilə görüş keçirilir. Onlarda boş olan yerlər yanğında zərərçəkən sahibkarlara təqdim olunacaq. İlkin 4-5 ay ərzində sahibkarlardan icarə haqqı alınmayacaq. Növbəti aylarda isə həmin şəxslər 20 faiz güzəştlə icarə haqqı ödəyəcəklər. Zərərçəkmiş sahibkarlara maddi yardım üçün prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə vəsait ayrılıb. Bu vəsaitdən istifadə edərək gələn həftədən sahibkarla ilkin maddi yardım ödəniləcək”.

Nazir “Diqlas”ın taleyi barədə də suala cavab verib: “Diqlas” Ticarət Mərkəzi özəl müəssisədir. Bu məsələ dövlətin öhdəsində deyil. Bu, artıq “Diqlas”ın sahiblərinin mövqeyindən asılı olan məsələdir. Onlara da dövlət dəstəyi müzakirə oluna bilər. Lakin bu, bu gün həll olunan məsələ deyil.

Sahibkarla dəyən ziyanın müəyyən olunması üçün gömrük, vergi və digər qurumların məlumatından istifadə olunacaq”.

İlkin məlumata görə, 170-yə yaxın mağazaya ziyan dəyib.

Xəbər 1134 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +