İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.03.2019  17:32 

Ruhani Azərbaycana dəvət olundu





A+  A-

Xarici işlər naziri Elmar Məmmədyarovun İrana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Həsən Ruhani ilə görüşü keçirilib.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran Prezidenti Həsən Ruhaninin diqqətinə çatdırıb.

Nazir Rəşt-Qəzvin dəmir yolunun açılışı münasibətilə İran tərəfini təbrik edib. Öz növbəsində, İran Prezidenti Azərbaycan tərəfinin açılışda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasına görə təşəkkürünü bildirib.

Tərəflər arasında iki ölkə münasibətlərinin gündəliyində olan iqtisadi layihələrə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, ölkələrimiz arasında mədəni, siyasi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi vurğulanıb.

H.Ruhani İranla Azərbaycan arasında mövcud olan əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. İranda Azərbaycanla əlaqələrin inkişafının hakimiyyətin bütün qolları tərəfindən dəstəkləndiyini bildirib. Prezident Ruhani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və diplomatik danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəklədiklərini qeyd edib.

E.Məmmədyarov Azərbaycan Prezidentinin bu ilin 25-26 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə dəvət məktubunu İran Prezidentinə təqdim edib. Prezident Həsən Ruhani tədbirdə iştirakı məmnunluqla qəbul edib.

Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı dəstəkləyən İran Prezidenti Azərbaycan-Rusiya-İran əməkdaşlığını müsbət dəyərləndirərək, dövlət başçılarının növbəti zirvə görüşünün keçirilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Türkiyə-Gürcüstan formatında əməkdaşlılğı mühüm qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmi ifadə edilib.

Xəbər 1332 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +