İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


31.01.2019  10:16 

İcbari tibbi sığorta başqa rayonlarda da tətbiq ediləcəkmi?





A+  A-

“Bu il Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi üçün yeni pilot rayonlar müəyyən edilməyəcək”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, bu, icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinin gələn ildən nəzərdə tutulması ilə bağlıdır:

“Biz bütün ölkədə bu sistemin tətbiqi üçün artıq hazırlıq prosesinə başlamışıq”.

Agentlik rəhbəri əlavə edib ki, bu il icbari tibbi sığorta sistemi ötən il olduğu kimi 3 rayonda pilot layihə şəklində davam etdiriləcək:

“Həmin rayonlarda sınaqlar edirik ki, sistem ölkə üzrə tətbiq olunduqda istifadə edilən yanaşma sınanmış olsun. 2020-ci ildən bütün ölkə üzrə onun tətbiqinə başlamağı düşünürük”.

Qeyd edək ki, hazırda icbari tibbi sığorta sistemi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilir.

Xəbər 1034 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +