İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.01.2019  11:21 

“Daha neçə amerikalının qanı tökülməlidir?”





A+  A-

ABŞ prezidenti Donald Tramp televiziya vasitəsilə xalqa müraciət edib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp demokrat konqresmenləri Meksika ilə sərhəddə divarın tikintisi üçün lazım olan 5,7 milyard dollar vəsaiti ayırmamaqda ittiham edib. Onun fikrincə, qanunsuz miqrasiya amerikalılar üçün ən böyük təhlükədir.

“Yeganə həll yolu demokratların xərclər haqda qanunu qəbul edərək, bizim sərhədlərimizi qorumaq üçün addım atmasındadır. Hər il Meksikadan qanunsuz yollarla 500 milyard dollar dəyərində narkotik ölkəyə gətirilir. Divar inşa olunsa, onun xərclərini qısa müddətdə qarşılaya bilərik”.

Tramp divarın inşa olunması üçün güzəştlərə getməyə hazır olduğunu da deyib.

“Çoxları divarın inşasının mənəviyyatdan kənar addım olduğunu açıqlayıb. Onda niyə siyasətçilər öz evlərinin ətrafına divar hörür? Onlar bunu qıraqdakı insanları sevmədikləri üçün deyil, daxildəki insanları sevdikləri üçün atır. Burada yeganə mənəviyyatdan kənar iş siyasətçi olaraq heç nə etməmək və minlərlə insana qanunsuz miqrasiyanın qurbanı olmasına göz yummaqdır”.

Donald Tramp xalqa çıxışını “Konqresin öz işini görəcəyi vaxta qədər, daha neçə amerikalının qanı tökülməlidir?” ritorik sualı ilə tamamlayıb.

Artıq demokratlar Trampı nitqini hisslər üzərində qurmaqla qeyri-səmimilikdə ittiham ediblər.

Xəbər 928 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +