İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.12.2018  11:27 

“Hüquq pozuntuları bizi narahat edir”





A+  A-

Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsini təmin edən çox mükəmməl qanunvericilik bazası var.
XəzərNews.az-ın məlumatına görə, bunu "Bərabərlik hüququnun təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir" mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Milli Məclisin sədrinin müavini Bahar Muradova deyib.

O qeyd edib ki, bu gün Azərbaycanın qanunvericilik bazası insanların öz bərabər hüquqlarının bərabər şəkildə təmin edilməsini gercəkləşdirən mühit formalaşdırır.

B.Muradova bildirib ki, bugünkü nailiyyətlər bu uğurların əldə edilməsinə töhfə verən Azərbaycan vətəndaşlarının iştirakı ilə olub. Xalqın mütləq dəstəyi olmadan hər hansı ideyanı gercəkləşdirmək olmaz:

"Bu gün insan hüquqlarının təminindən, ədalətdən danışılır. Müstəqil dövlət olmasa və insan hüquqlarının təmini üçün lazım olan şərait yaradılmasa, bütün bunları etmək olmaz. Azərbaycan ötən illərdə çox böyük uğurlara imza atıb. Bu gün bizim hər birimiz belə bir ölkənin vətəndaşı olduğumuz üçün qürur duyuruq, eyni zamanda, bunun məsuliyyətini daşımalıyıq".

Vitse-spiker deyib ki, Azərbaycanın əsas qanunu olan Konstitusiyada hüquq bərabərliyi və onun dövlət tərəfindən təmin edilməsi təsbitini tapıb: "Dünyada gündəlik hüquqpozmalar, məişət zorakılığı, mənsubiyyətə görə fərq qoyma və s. kimi mənfi hallarla üzləşdiyimiz bir dövrdə beynəlxalq təşkilatlar koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidirlər. Gündəlik rastlaşdığımız hüquq pozuntuları, əlbəttə ki, bizi narahat edir. Bunun üçün də maarifləndirmə işləri geniş aparılmalıdır".

B.Muradova vurğulayıb ki, Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı digər ölkələrə də nümunədir.

Xəbər 1010 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +