İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.09.2018  11:19 

Telman İsmayılova qarşı daha bir cinayət işi açıldı





A+  A-

Rusiya Istintaq Komitəsi iş adamı Telman İsmayılovu müğənni Avraam Russonun oğurlanmasında şübhəli bilir.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, işlə bağlı “Praqa” restoranını keçmiş baş direktoru da həbs edilib.

Sentybarın 17-də Avraam Russo polisə ərizə ilə müracoət edərək 2004-cü ildə Moskvanın mərkəzində oğurlanması barədə şikayət etmişdi. Müraciətin daxil olmasından saat yarım sonra “Praqa” restoranını keçmiş baş direktoru və Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov saxlanılıb.

Rəsmi versiyaya görə, Telam İsmayılov Avraam Russonun konsert fəaliyyətini maliyyələşdirib. Lakin sonradan onlar arasında münaqişə olub. 2004-cü il yanvarın 31-də Telman İsmayılov müğənnini “Praqa” restoranına dəvət edib və restoranda Russonu qardaşı oğlu Zaur və daha 5 şəxslə birlikdə döyüb. Ondan tələb olunub ki, İsmayılovla bağladığı müqaviləni ləğv etsin və daha konsert verməsin.

Bundan sonra zorla Aprelevka qəsəbəsindəki malikanədə girov saxlanılan müğənni bütün tələbləri qəbul etdikdən sonra azadlığa buraxılmışdı.

Telman İsmayılovun vəkili Mariya Rusakova isə hadisədən 14 il sonra qəfil cinayət işinin açılmasını və müğənninin yalnız indi şikayət etməsini absurd adlandırıb.

Xatırladaq ki, Telman İsmayılov 2017-ci ilin dekabrından İnterpol xətti ilə beynəlxalq axtarışdadır. O, 2 iş ortağının qətlini sifariş verməkdə ittiham olunur.

Xəbər 1662 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +