İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.07.2018  23:09 

Mingəçevir İES-dəki qəza ilə bağlı cinayət işi açılıb





A+  A-

“Mingəçevir İES-də baş vermiş qəza ilə əlaqədar cinayət işi açılıb”.
XəzərNews.az xəbər verir ki, bu fikirləri baş prokuror Zakir Qaralov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, cinayət işi yanğın təhlükəsizliyi qaydaları pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri üzrə açılıb.

“Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə imzalanmış əmrə əsasən istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda istintaq-əməliyyat qrupu hadisə yerində təxirəsalınmaz tədbirləri həyata keçirir.

Hadisə yerinə baxış keçirilib və qəza ilə bağlı dindirmələr başlanılıb. Mənə verilən əmlumata görə, həmin stansiyada generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, layihə uyğun yerinə yetirilmədiyi üçün 28,5 dərəcə olub”, - deyə baş prokuror qeyd edib.

Z. Qaralov 1994-cü ildə işlənib hazırlanmış layihənin - Mingəçevir Su Anbarının altından kanal çəkilməsinin nəzərdə tutulduğunu, lakin bunun icra olunmadığını da bildirib və bunun gərginliyin azalmaqla cərəyanın artmasına səbəb olduğunu söyləyib:

“Cərəyan baş vermiş transformatorlar istismar müddətini başa vursa da, təmir-bərpa işləri aparılmayıb. Halbuki, hər il orada təmir-bərpa işləri aparılsa da, mütəxəssislərimiz bu işlərin yetərli olmaması ilə bağlı ilkin rəylərini veriblər.

Bir elektrostansiyada baş verən qəzanın bütün ölkənin enerji sisteminə təsir etməsinin səbəbi budur ki, “Azərenerji” tərəfindən rele mühafizə xidməti tam icra olunmayıb”.

Xəbər 1583 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +