İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.07.2018  16:09 

Elektirik problemini kökündən necə həll etmək olar?





A+  A-

“Elektrik enerjisinin istehsalı və satışı daxil olmaqla kommunal xidmətlərin özəl sektorun idarəetməsinə verilməsinə ehtiyac var. Beynəxalq təcrübə göstərir ki, özəl sektor daha keyfiyyətli və səmərli xidmət həyata keçirə bilir”.
XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov Mingəçevir İES-də baş vermiş qəzaya münasibət bildirərkən bağlı sosial şəbəkədə yazıb.

O qeyd edib ki, bu, kommunal xidmətlərin verilməsində səmərəliliyin və şəffaflığın güclənməsinə, büdcədən dolayı subsidiyaların həcminin minimumlaşmasına, xarici və daxili borc öhdəliklərinin limitləşdirilməsinə və ən əsası istehlakçıların fasiləsiz və keyfiyyətli xidmət əldə etməsinə imkan yaradar: “Təəssüf ki, hazırda kommunal xidmətlərin təchizatında dövlət sektorunun rolu heç də ürəkaçan səviyyədə deyil. Enerji mənbələrinin diversifikasiyası və xüsusən də alternativ enerji mənbələrdən istifadənin formalaşması və genişləndirilməsi vacibdir. Günəş və külək enerjisindən istifadə imkanlarının geniş olmasına baxmayaraq nəinki bölgələrdə, heç paytaxtada alternativ enerjidən, demək olar, istifadə edilmir. Halbuki Kopenhagen daxil olmaqla günəşli günlərin sayı heç də çox olmayan Avropa şəhərlərində alternativ enerji əsas mənbələrdən hesab edilir. Alternativ enerji mənbələrindən istifadənin gücləndirilməsi üçün bu sektorda özəl şirkətlərin daxil olmasınının stimullaşdırılması, dövlət subsidiya mexanizminin tətbiqi və formalaşma mənbəyindən asılı olaraq differensial tarif mexanizminin müəyyənləşdirilməsinə ehtiyac var”.

Onun sözlərinə görə, elektrik enerjisi daxil olmaqla kommunal xidmətlərinin satışı zamanı tərəflərin öhdəliklərinin ikitərəfli qaydada müəyyənləşdirilməsinə ehtiyac var: “Məsələ ondadır ki, istehlakçı kommunal xidmətlərinin haqqını əksər hallarda öncədən ödəyir, amma həmin xidməti satan tərəfin enerji təminatını həyata keçirə bilmədiyi hallarda məsuliyyəti müəyyənləşmir. Halbuki, bu əksər hallarda xüsusən də real sektorda çalışan sahibkarlar üçün ziyana səbəb olur. Təbii ki, belə hallarda kommunal xidməti təmin edə bilməyən tərəfin kompensasiya ödənişləri daxil olmaqla öhdəlikləri aydın şəkildə müəyyənləşdirilməlidir”.

Xəbər 1609 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +