İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.06.2018  11:45 

Sumqayıtda 23 evdən oğurluq edənlər tutuldu





A+  A-

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Novxanı, Corat və Qurd Dərəsi bağlar massivində fərdi evlərdən silsilə oğurluqlar edərək insanlara külli miqqdarda ziyan vuran şəxslərin saxlanılması istiqamətində xüsusi əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, bu cinayətləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri – Rüfət Abasəliyev və Tasim Dadaşov saxlanılıblar.

İlkin ifadələri zamanı dəstə üzvləri Sumqayıt şəhəri və ətraf ərazilərdə yerləşən 23 bağ evindən kondisionerlər, noutbuklar, elektrik naqilləri, metaldan hazırlanan müxtəlif növ məişət əşyaları, habelə təmir-tikinti alətləri oğurladıqlarını bildiriblər. Qeyd edək ki, dəstə üzvləri əsasən mütəmadi yaşayış olmayan evlərdən oğurluq ediblər.

Saxlanılan şəxslər oğurladıqları məişət əşyalarını Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını və əldə edilən pulu aralarında böldüklərini bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin metal qəbulu məntəqələrinin də sahibləri müəyyən ediliblər. Onların obyektlərinə baxış zamanı oğurlanan əşyaların bir qisnmi aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.

Xəbər 894 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +