İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.06.2018  10:16 

Hacı Şahin ağladı, deputat tənqid etdi - Ortalıq qarışdı + VİDEO





A+  A-

Son günlər deputat Fazil Mustafanın sosial şəbəkədə şiələrin əzadarlığı ilə bağlı yazdığı fikirlər qalmaqallara səbəb olub. Belə ki, ilk oraq deputat Seyid Taleh kimi tanınan mərsiyəxanın videosunu paylaşıb. Videoda Seyid Taleh mərsiyə oxuyur, arxada isə ilahiyyatçı Hacı Şahin Həsənli əyləşib ağlayır.
Paylaşmaya şərh verən Fazil Mustafa bu hərəkətlərin İslam dini ilə heç bir əlaqəsinin olmadığını yazıb: “Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər. Təkcə elmdə, texnologiyada, fəlsəfədə, təhsildə, səhiyyədə geridə deyilik, din əxlaqında da quyunun dibindəyik. Bu davranışı Quranla uzlaşdırın görün, bir əlaqə tapacaqsınızmı?”,- deyə F.Mustafa bildirib.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Hacı Şahin “Yeni Müsavat”a açıqlama verib. Heç kimin yanlışdan sığortalanmadığını bildirən Hacı Şahin bildirib ki, bəhs edilən videoda hər hansı faciəli bir şey görmür: “Kimsə də kimisə tənqid edə bilər. Biz özümüz də tənqidə açıq insanlarıq. Ancaq burada söhbət kiminsə təhqir olunmasından gedir. İstənilən insana qarşı təhqir yolverilməzdir. Bununla qətiyyən razılaşmaq olmaz. Xüsusilə də xalqımızın dəyərləri ilə bağlı olan məsələlərə belə yanaşmaq tamamilə yanlışdır. Ümumiyyətlə, insanların emosiyalarını ələ salmaq kökündən yanlış hərəkətdir. Əlbəttə ki, bunu statusu paylaşan bir insan edir. Bunun millət vəkili tərəfindən paylaşılmasını yanlış hesab edirəm. Söhbət məsələnin tənqid olunmasından gedir. Biz özümüz də müxtəlif məsələləri tənqid edirik. Əzadarlıqla bağlı ifrata varan, baş yaran insanlar olur ki, onlara qarşı hər zaman prinsipial mövqe tutmuşuq, tənqid etmişik. Ancaq bütövlükdə bu ayini gerilik adlandırmaq bizim tarixi keçmişimizin böyük bir hissəsini inkar etməkdir. Bizim demək olar ki, bütün klassiklərimiz mərsiyə janrına müraciət ediblər. Füzulidən tutmuş bu günə qədər böyük şairlərimiz bu mövzuya müraciət edib, mərsiyələr, ədəbi əsərlər yazılıb. Bu, demək olar ki, bizim mədəniyyətimizin bir çox sahələrinə sirayət edib. Belə bir şeyi bütövlükdə inkar etmək, gerilik adlandırmaq səhvdir”.



Xəbər 1210 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +