İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.04.2018  14:26 

Bakıdakı 263 saylı məktəbdə 1-ci sinif şagirdi zorlanıb, valideyinlər aksiya keçirir





A+  A-

Azərbaycanda daha bir məktəb zorlama cinayəti ilə gündəmə gəlib.
XəzərNews.az bildirir ki, BiG.az saytının yazdığına görə Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verib. Bu barədə sayta uşaqları həmin məktəbdə oxuyan valideynlər deyiblər. Onların bildirdiyinə 1-ci sinifdə oxuyan oğlan uşağı məktəbin tualetində 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb.

Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlanı ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının hadisəni sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Valideynlər onu da qeyd ediblər ki, zorlanan şagirdin valideynləri rayonda yaşadığına görə uşaq xalasıgildə qalır.

Valideyinlər məktəb direktoru Nürqələm Bayramovanın zorlanan azyaşlının xalasına 2000 manat verərək hadisəni ört-basdır etdiyini deyir. Bundan əlavə azyaşlını zorladığı deyilən şagirdin valideynləri direktora rüşvət verərək onun məktəbdən qovulmamasına da nail olublar.

Bildirilir ki, həmin uşağın yerinə günahsız şagird şərlənərək məktəbdən uzaqlaşdırılıb. Valideynlər vurğulayıb ki, direktora nə qədər şikayət etsələr də nəticəsiz qalıb. Şikayətlərinə baxılmadığını görən valideynlər bu gün məktəbin qarşısında aksiyaya toplaşıblar.

Onlar direktorun şikayətlərinə baxmasını və həmin şagirdin dərhal məktəbdən qovularaq cəzalandırılmasını istəyirlər. Lakin direktor qəzəbli valideyinləri qəbul etmir.

“Direktor bizi qəbul etmir. Sözümüz direktora çatdırılmır. Bizi qəbul edənə kimi aksiyamızı davam etdirəcəyik”.

Bildirilir ki, seksual zorakılığa məruz qalan 1-ci sinif şagirdi həmin məktəbin müəlliməsi Fəxrəndə Rəhimovanın sinfində oxuyur.

Xəbər 2410 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +