İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.04.2018  16:25 

Mağaza sahibini öldürənə 18 il həbs tələbi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində mağaza sahibini öldürməkdə təqsirləndirilən Əmrah Əlizadənin məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Ə.Əlizadənin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 24-də davam etdiriləcək.

İttihama görə, 2017-ci il yanvarın 9-da Bilgəh qəsəbəsində Ə.Əlizadə mağazaya gələrək oranın sahibi, qonşusu Hacıbaba Məmmədovu bıçaqlayara öldürüb. Belə ki, Ə.Əlizadənin dükandan aldığı ərzağa görə 30 manat borcu olub. Bir neçə gün əvvəl həmin borcu tam ödəyəcəyinə söz versə də, həmin gün pulun bir qismini qaytarıb. H.Məmmədov da buna etiraz edib və Əmrahı təhqir edib. Bu zaman Ə.Əlizadə onu bıçaqlayıb.

Xəbər 1352 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +