İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.04.2018  18:11 

“20 min borcu var idi, qaytarmasa, söyüş qoymuşdular”





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində "Ailə TV" kabel televiziyasının ofisinə basqın etməkdə təqsirləndirilən dəstə üzvləri - 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə baxış iclası baş tutub.

A. Kambarov günahsız olduğunu deyib: "Mən sadəcə oğurluq olduğunu bilmədiyim telefonu almışam".

K.Süleymanov isə basqın etdiklərini boynuna alıb: "Ofisin qapısını döyüb içməyə su istədik, bizə su verəndə dedim olar əl-üzümü də yuyum? İcazə verdilər, Kamil də arxamca girdi. Mühafizəçini tutub otağa apardım, Kamil seyfdən pulu götürdü, sonra ordan qaçdıq. Asib bizimlə deyildi. Kamilin "Topaz"a 20 min borcu var idi, qaytarmasa, söyüş qoymuşdular. Mən də dostum olduğu üçün basqın etməyə razılaşdım".

R.Əhmədzadə isə heç nə xatırlamadığını deyib.

O.Əliyev isə sadəcə lombarda basqına getdiyini deyib: "Orada da çöldə gözlədim, heç kimə heç nə etmədim.

Proses aprelin 9-da davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar. Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.

Xəbər 1519 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +