İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.03.2018  11:36 

SOS! Şəhidlər Xiyabanı çökür





A+  A-

Artıq bir neçə aydır ki, Bayıl yamacında sürüşmə aktiv fazaya keçib. Ərazidə iri diametrli çatlar yaranır, torpaq parçalanır. Sürüşmə zonasında yaşayan 98 ailə artıq evlərindən çıxarılıb, kirayə mənzillərdə yaşamaları üçün pul ayrılıb.
Qeyd edək ki, sürüşmə artıq özünü Şəhidlər Xiyabanının ətrafında da göstərir. Xiyabanda "Əbədi Məşəl" kompleksinin yaxınlığında sürüşmə artıq başlayıb. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarətində olan sözügedən ərazidə komitənin əməkdaşları tərəfindən xeyli sayda mayaklar qoyulub.

XəzərNews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, sürüşmənin şəhidlərin uyuduğu məzarlara təsir edib-etməyəcəyini öyrənmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilib. Komitənin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, Bayıl yamacında sürüşmə hadisəsi "Əbədi Məşəl" kompleksinin yerləşdiyi yamacdan aralı, qonşu yamacda baş verir.

"Bu sürüşmə deformasiyaları ilə bağlı "Əbədi Məşəl" kompleksi yerləşən ərazidə qoyulmuş mayaklara nəzarət gücləndirilib" - deyən qurum rəsmisi "Əbədi Məşəl" kompleksi yerləşən sahədə nəzərəçarpacaq sürüşmə deformasiyalarına rast gəlinmədiyini vurğulayıb.

D.Dövlətxanov qeyd edib ki, "Əbədi Məşəl" kompleksi yerləşən ərazidə müşahidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən, Komitənin tabeliyində olan Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılır: "Müşahidələr "Əbədi Məşəl" kompleksi ərazisində divar elementləri üzərində 20 yerdə qoyulmuş mayaklar vasitəsi ilə davamlı olaraq aparılır. Zədələnmiş və ya qopmuş mayaklar əvəzlənir".

Xəbər 1346 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +