İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.03.2018  08:51 

Narkoloji Mərkəzdə yanğın - Ölən və yaralananlar var





A+  A-

Bakının Xətai rayonu ərazisində yanğın başlayıb.
XəzərNews.az FHN-nin saytına istinadən məlumat verir ki, Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***

APA-nın məlumatına görə, Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent binadan çıxarılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.

Hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib. Hazırda yanğın zamanı ölənlərin olması dəqiqləşdirilir.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsində baş verib. Yanğın güclü olduğuna görə, hələlik binaya daxil olmaq mümkünsüzdür. İçəridə xəstələrdən hansınınsa qalıb-qalmadığı binaya daxil olduqdan sonra bilinəcək.

***

Hadisə nəticəsində 1 nəfərin həlak olduğu bildirilir.

***

FHN-in məlumatına görə, mərkəzdə baş verən yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur.

Xəbər 1149 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +