İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.02.2018  11:34 

Ağsuda polislər yol qəzasına düşdü





A+  A-

Ağsu rayonunda polis əməkdaşlarının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Ağsu şəhərinin mərkəzində, “Şlanba” adlanan ərazidəki işıqforda qeydə alınıb.

Ağsu rayon Polis Şöbəsinin Post Patrul Bölməsinin “Fiat Double” markalı xidməti avtomobili qarşı tərəfdən gələn “VAZ 2109” markalı avtomobillə toqquşub. Hadisə zamanı post patrul bölməsinin əməkdaşları, polis serjantları - Ağsu rayonu Qaraqaşlı kənd sakini, 1971-ci il təvəllüdlü İmanov Eyvaz İslah oğlu və Ağsu şəhəri 8-ci məhəllənin sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Fərid Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1419 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +