İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.02.2018  14:07 

Oğurluq atları Qazaxıstana aparanlar həbs olundu – Fotolar





A+  A-

Azərbaycandan Qazaxıstana aparılan atlar arasında oğruluq atlar aşkar olunub.
XəzərNews.az xəbər verir ki, Ələt-Astara magistaralının Cəlilabad rayonundan keçən hissəsində hərəkət edən atla dolu “Kamaz” markalı yük avtomobili şübhə doğurduğu üçün saxlanılıb.

Daha sonra polis bir müddət əvvəl atların oğurlanması ilə bağlı şöbəyə ərizə ilə müraciət etmiş şəxslərə məlumat verib. Məlum olub ki, müxtəlif vaxtlarda həyətyanı və örüş sahəsindən oğurlanmış 3 rayon sakininin atı da “Kamaz”da olan atlar arasındadır.

“Kamaz” markalı yük avtomobilində 50-yə yaxın atı Qazaxıstana aparmaq istəyən şəxslər polisə bildiriblər ki, bütün heyvanları Masallı rayonunda ayrı-ayrı şəxslərdən pul müqabilində alıblar və heyvanların arasında oğurluq atların olmasından xəbərləri olmyıb.
Hazırda Cəlilabad polisi heyvanları oğurlayaraq öz malları adı altında satmış şəxslərin tapılması istiqamətində araşdırmaları davam etdirir.



Xəbər 1547 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +