İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.02.2018  15:11 

Siyasi böhran Çempionlar Liqasını da vurdu





A+  A-

Yaxın Şərqdəki qarışıqlıqlar və siyasi böhran futbola da təsir edib.
XəzərNews.az xəbər verir ki, qitənin bir nömrəli klub turniri Asiya Çempionlar Liqasının qrup mərhələsinin startına az qalmış bəzi oyunların keçirilməmək ehtimalı var.

Bir ilə yaxındı ki, aralarında gərgiklik olan və diplomatik əlaqələri kəsən İranla Səudiyyə Ərəbistanını təmsilçilərinin eyni qrupa düşməsi vəziyyəti gərginləşdirib. 13 fevralda başlayacaq turnirin D qrupunda Səudiyyə Ərəbistanının "Əl-Hilan" klubu ilə İran "İstiqlal"ı yer alıb.

Hər iki klub səfər matçı üçün rəqib ölkəyə getməyəcəklərini açıqlayıb. Bu açıqlamadan sonra çıxış yolu olaraq qarşılaşmaların bitərəf meydanda keçirilməsinə qərar verilib. Çempionlar Liqasının son finalçısı "Əl-Hilal" ev oyunu üçün Küveyti, alman mütxəssis, 2010-2011-ci illərdə Azərbaycanın "Bakı" klubuna başçılıq etmiş Vinfird Şaferin başçılıq etdiyi "İstiqlal" isə Qətəri seçib.

Amma Səudiyyə Ərəbistanı-Qətər münasibətləri də ən azı Səudiyyə Ərəbistanı-İran münasibətləri qədər gərgin olduğundan bu seçimə müdaxilə edilib. Belə ki, Asiya Futbol Konfederasiyası buna icazə verməyərək "İstiqlal"ın ev oyununu Omanda keçirmək barədə qərar verib. İran klubu isə bununla razılaşmayıb. İran Futbol Federasiyasının prezidenti Mehdi Tac qərar verilən kimi Sürixə yollanaraq FIFA-ya şikayt edib. Federasiya rəhbəri ali futbol qurumunun prezidenti Canni İnfantinodan duruma müdaxilə etməyi xahiş edib. Hələlik yekun qərar verilməyib.

Xəbər 870 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +