İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.12.2017  12:24 

Derbidən sonra futbolçular və məşqçilər arasında dava düşdü





A+  A-

İngiltərə çempionatının XVI turu çərçivəsində dünən keçirilmiş “Mançester Yunayted” – “Mançester Siti” matçından (1:2) sonra insident yaşanıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Bildirilir ki, Mançester derbisi yekunlaşdıqdan sonra “Old Trafford”da kütləvi dava baş verib. İnsidentdə 20-dən çox futbolçu, həmçinin komandaların məşqçiləri iştirak ediblər.

“Şəhərlilər”in qələbəni həddindən artıq yüksək səslə bayram etməsi “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyonun xoşuna gəlməyib.

Portuqaliyalı mütəxəssis buna iradını bildirmək və rəqibə hörmət göstərməyi xahiş etmək üçün qonaqların paltardəyişmə otağına daxil olub.

Bu vaxt Mourinyo ilə “Mançester Siti”nin braziliyalı qapıçısı Ederson arasında mübahisə yaranıb. Onlar bir-birlərinə portuqal dilində qışqırmağa başlayıblar.

Daha sonra “Mançester Siti”nin üzvləri Mourinyoya su ilə dolu qablar atıblar. Hətta onlardan biri 54 yaşlı məşqçinin üstünə süd töküb. Bunu görən “Mançester Yunayted”in futbolçuları insidentə qarışıblar və kütləvi dava başlayıb.

Hər iki komandanın üzvləri bir-birlərinə çoxlu zərbələr vurublar. Nəticədə qonaqların məşqçisi Mikel Artetanın qaşı partlayaraq, üzü qana bulaşıb.

Maraqlıdı ki, hadisə zamanı tuneldə polislər olsa da, onlar insidentə müdaxilə etməyiblər.


Xəbər 907 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +