İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.11.2017  12:37 

Aygün Kazımovaya qadağalar qoyuldu





A+  A-

Azərbaycanın məşhur estrada müğənnisi Aygün Kazımova bu il beynəlxalq mükafatlandırma mərasimi olan "DAF BAMA MUSİC AWARDS"da iştirak edə bilməyəcək.
Buna səbəb xalq artistinin keçirdiyi estetik əməliyyatlardır.

XəzərNews.az bildirir ki, Modern.az-a danışan plastik-rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov sənətkarın səhhətini qoruması üçün Aygün Kazımovaya bir sıra qadağaların qoyulduğunu və hələ bir müddət uzaq məsafələrə gedə bilməyəcəyini açıqlayıb:

"Aygün xanımın 2 həftə əvvəl keçirdiyi müxtəlif bədən şəkilləndirilməsi əməliyyatlarından sonra özünü əməliyyatdan sonrakı dövrə uyğun əla hiss edir.
Əməliyyat sahələri birincili sağalmışdır. Lakin buna baxmayaraq, əməliyyatın xarakterinə və protokoluna uyğun olaraq hələ bundan sonra 6 həftəyə qədər ilkin reabilitasiya dövrünə əməl etmək lazımdır.
Belə ki, hazırda Aygün Kazımovanın uzaq səfərlərə getməsi, aktiv şəkildə idman məşqlərinin etməsi, avtomobil idarəsi etməsi ona qadağan olunub.
Aygün Kazımovanın üzərində 3 növ cərrahi əməliyyat icra olunub. Bunlardan ikisi tam yeni, biri isə əvvəl aparılmış cərrahi əməliyyatın yenilənməsidir.
Bir Aygünümüz var, onu qorumalıyıq. Onsuz da gözəl olan Aygün xanım öz gözəlliyinə yenə gözəllik əlavə etmişdir!".

Qeyd edək ki, ötən il Aygün Kazımova ilk Azərbaycan müğənnisi kimi Almaniyada keçiriləm "DAF BAMA MUSİC AWARDS"da iştirak edib və "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Bu il də beynəlxalq tədbir Azərbaycandan məhz Aygün Kazımovanı öz mükafatlarına namizəd görüb.

Xəbər 1845 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +