İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.10.2017  11:32 

Türkiyənin məşhur qəzetində “Qarabağ”ı təhqir etdilər





A+  A-

Türkiyənin “Sabah” qəzetinin köşə yazarı Mövlud Tezel "Qarabağ" - "Atletiko" oyununda azarkeşlərin hazırladığı plakatı təhqir edib.
XəzərNews.az xəbər verir ki, bununla bağlı o “Ezik kareoqrafi" adlı köşəsində tərəfdarların A4 kağızına “Qarabağ” yazmalarını futbol tarixində ən əzik, ən fakir, ən gülməli görüntü adlandırıb.

Yazarın məsələyə bu cür yanaşması Azərbaycanda tənqidlərə səbəb olub. Yazıyla bağlı sosial şəbəkədə ciddi müzakirələr aparılıb. Bundan sonra Tezelin yazısı qəzetin saytından silinib.

Məsələ ilə bağlı qəzetin redaktoru Azxeber.com saytına açıqlama verib. Baş redaktor İsa Tatlıcan qeyd edib ki, yazı saytdan silinib: "Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib".

O, müəllifin bu barədə geniş açıqlama verəcəyini qeyd edib: "Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz".

Qeyd edək ki, tvitterdə yazarın adına həştəq açılıb və orada çoxsaylı türklər tərəfindən də yazar ciddi tənqid olunub. Eyni zamanda “Sabah” qəzeti də belə bir yazıya icazə verməsi müsbət qarşılanmayıb.

Xəbər 1693 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +