İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.09.2017  20:31 

Çingiz Abdullayev “26” kafesindən 8 min manat alırmış - FOTO





A+  A-

Xəbər verildiyi kimi, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Bakı meri Hacıbala Abutalıbovun bir neşə gün öncə qapatdığı “26-lar” adlı (“Twenty Six”) kafe ilə bağlı qalmaqala münasibət bildirərkən demişdi ki, həmin kafenin Yazıçılar Birliyinə məxsus ərazidə yerləşməsinin bu təşkilatın rəhbərlərinə aiddiyyəti yoxdur.
Ç.Abdullayev belə demişdi: “Hamı adi şeyləri anlamalıdır! Lakin görünür ki, heç də həmişə belə olmur. Yazıçılar İttifaqının rəhbərliyindən heç kimin “26” restoranına aidiyyəti yoxdur!”

XəzərNews.az xəbər verir ki, bu gün Musavat.com-un redaksiyasına göndərilən sənəddən isə görünür ki, “həmin kafenin Yazıçılar Birliyinə məxsus ərazidə yerləşməsinin bu təşkilatın rəhbərliyinə aidiyyatı” varmış.

Belə ki, məkanın icarə verilməsi haqqında müqavilə icarədar Ramil Ruslan oğlu Məmmədli ilə Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev arasında bağlanıb. Tərəflər müqaviləyə öz şərt və tələblərini də əlavə edərək imza adıblar. Bu müqaviləyə görə, icarədarlar hər ay müqavilə tərəfdaşlarına 8 min manat pul verirmişlər.




Xəbər 1444 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +