İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.09.2017  23:14 

İraqda öldürülən azərbaycanlı terrorçuların pasport FOTOLARI





A+  A-

İraqın İŞİD-dən azad edilmiş Təlafər şəhərində öldürülən azərbaycanlı terrorçuların pasportlarını əks etdirən fotolar yayılıb.
XəzərNews.az “Oxu.az”a istinadən xəbər verir ki, cərgə ilə düzülmüş fotolarda şəxsiyyət vəsiqələri ilə birgə xarici vətəndaş pasportları da var. 30-a yaxın İŞİD-çinin əks olunduğu fotolarda bəzilərinin adlalarının oxunması çətin olsa da anadan olduqları yerlərin- Qubadlı, Sumqayıt, Oğuz, Ağdam və Xaçmaz şəhərləri olduğu aydın görünür.

Xatırladaq ki, İraqın təhlükəsizlik qüvvələri Təlafər şəhərinin azad olunması zamanı iki mindən çox İŞİD silahlısını məhv edib. Bu barədə İraq ordusunun bəyanatında bildirilir. Şəhərin azad edilməsi əməliyyatı İraqın şimal-qərbində, avqustun 20-də başlayıb. Ölkənin baş naziri Heydər əl-Abadi avqustun 31-də İraq ordusunun İŞİD üzərində qələbə çaldığını və Təlafərin yerləşdiyi Neynəvanın şimal hissəsinin terrorçulardan tam azad edildiyini bildirib.

Birgə əməliyyatın komandanlığının general-leytenantı Abdul Əmir Yarəllə qeyd edib ki, avqustun 20-dən 31-dək 2000-dən çox terrorçu və 50 terrorçu kamikadze öldürülüb, həmçinin partlayıcı qurğunun olduğu 77 avtomobil, 71 minalanmış tikili və yol kənarına qoyulmuş 990 mina partladılıb.

Onun sözlərinə görə, əməliyyatda İraq ordusunun əsgərləri, federal polisin və onun xüsusi bölmələrinin, həmçinin “Xalq Səfərbərliyi”nin döyüşçüləri iştirak edib. İraqın güc strukturlarının itkisi 115 nəfər olub, döyüşlər zamanı demək olar, 680 nəfər yaralanıb.







Xəbər 2360 dəfə oxunub.



19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +