İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.09.2017  20:17 

Şahmar Mövsümovun qardaşı bankdan 100 milyon kredit götürdü





A+  A-

“Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti Kreditorlar Komitəsinin bugünkü iclasında sensasiyalı informasiya səslənib.
XəzərNews.az-ın “Report”a istinadən xəbərinə görə, Azərbaycandakı dövlət fondlarından birinin rəhbərinin qardaşı ləvğetmə prosesində olan "Bank Standard" QSC-dən girovsuz olaraq 100 milyon manatdan çox kredit götürüb.

Bunu qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib. Bununla belə, Əkrəm Həsənov kimdən söhbət getdiyini dəqiqləşdirməyib.

Amma Virtualaz.org-un mənbələri bildiriblər ki, söhbət Azərbaycanın dövlət xadimi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru (Vikipediya onu məhz belə təqdim edir) Şahmar Mövsümovun qardaşı - növbəti "kredit oliqarxı", biznesmen Şahin Mövsümovdan gedir.

Mənbələr onu da bildiriblər ki, bu kreditin alınmasında Azərbaycan Mərkəzi Bankından yüksək vəzifəli məmur da öz rolunu oynayıb. Amma indi, yeri gəlmişkən, bir az əvvəl "Tərəqqi" medalı almış Şahin Mövsümov qarşısında qəti şərt qoyulub: “100 milyondan çox manatı təcili qaytar!”.

Xəbər 1206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +